• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-dan qayda pozan “AA” seriyalı avtomobillə bağlı - Açıqlama

AMEA-dan qayda pozan “AA” seriyalı avtomobillə bağlı - Açıqlama
22.11.2021 18:27
Keçən həftə Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb. Bunlardan biri sosial şəbəkələrdə xüsusilə müzakirələrə səbəb olub. Söhbət 90-AA-013 dövlət nömrə nişanlı "Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

Həmin avtomobilin sahibinin "Bakı Klinikası”nın rəhbəri Aytən Quliyeva olduğu deyilmişdi. Klinikanın əsl sahibinin isə AMEA-nın Prezidenti Ramiz Mehdiyev olduğu iddia olunmuşdu.

Anews.az xəbər verir ki, AMEA iddialarla bağlı açıqlama yayıb.

"Son günlər bir sıra KİV-də Bakı şəhərində 90 AA 013 dövlət nömrə nişanlı avtomobilin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, avtobusların hərəkət zolağına çıxdığına dair məlumat yayılıb. Təəssüf ki, bəzi jurnalist həmkarlarımız baş verən hadisəni dəqiqliklə araşdırmadan, sözügedən avtomobilin guya AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə məxsus olan "Bakı Klinika”sının sahibi Aytən Quliyevaya aid olduğu haqqında əsası olmayan məlumatlar yayaraq ictimaiyyət arasında çaşqınlıq yaradıblar.

İctimaiyyətin diqqətinə çatdırırıq ki, "Bakı Klinika”sının və həmin avtomobilin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə heç bir aidiyyəti yoxdur. Jurnalist həmkarlarımızı bir daha etik normalara riayət etməyə, əsassız, yoxlanılmamış məlumatlar yaymamağa çağırırıq”, - AMEA-nın açıqlamasında qeyd olunur.
 

 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol