• $
  • €
  • ₽
  • ₺
  • £

Avtoxuliqanlıq edən şəxs saxlanıldı

Avtoxuliqanlıq edən şəxs saxlanıldı
23.11.2021 12:19
Axşam saatlarında sərxoş halda avtoxuliqanlıq edən sürücü saxlanılıb.
 
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə axşam saatlarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
 
Belə ki, dövlət yol polisi əməkdaşları axşam saatlarında Lənkəran rayonunun Liman şəhəri ərazisində xidmət apararkən "Opel Astra” markalı avtomobilin sürücüsü tərəfindən yol hərəkət qaydalarının pozulduğu müəyyən edilib. Həmin şəxs polisin qanuni tələblərinə məhəl qoymayaraq təhlükəli manevrlər etməklə ərazidən uzaqlaşmağa çalışıb. Saxlanıldıqdan sonra həmin nəqliyyat vasitəsinin sürücüsü Liman şəhər sakini Murad Muradovun sərxoş olduğu müəyyən edilib.
 
Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol