“Antibiotiklərin reseptsiz satışına nəzarət gücləndirilməlidir"- Səhiyyə Nazirliyi

"Əslində ölkədə antibiotiklərin reseptsiz satışı qadağandır. Lakin qanunvericilikdə bu sahədə müəyyən boşluqlar olduğundan onların pərakəndə satışına rast gəlinir”.
Bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.
Nazirlik rəsmisi bildirir ki, pandemiya zamanı rast gəlinən çətinliklər bu sahədəki boşluqları bir daha sübut etdi: "Bu səbəbdən qanunvericiliyin düzgün və qaydasında işləməsi üçün lazımi tədbirlər görülməlidir. Nəzarətin gücləndirilməsi də əsas şərtlərdən biridir. Elektron reseptlərin tətbiqi bu işə böyük təkan verə bilər. Mərkəzləşdirilmiş qaydada monitorinq aparılmasa bir günə problemi həll etmək mümkün deyil”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























