• $
  • €
  • ₽
  • ₺
  • £

"Əkinçi" qəzetini xilas etmək lazımdır - Millət vəkili

"Əkinçi" qəzetini xilas etmək lazımdır - Millət vəkili
23.11.2021 13:11
 Əkinçi" qəzeti fəaliyyətini dayandırmaq məcburiyyətindədir,qəzeti düşdüyü bu çətinlikdən qurtarmaq lazimdir.
 
Anews.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə layihəsinin müzakirəsi zamanı deputat Jalə Əliyeva çıxışı zamanı bildirib.
 
"Mətbuatın bünövrəsini təşkil edən Əkinçi qəzetinin bu günkü acınacaqlı vəziyyətini diqqətlərə çatdırmaq istəyirəm. Bu qəzet böyük H.b.Zərdabinin yurdunda-Zərdabda fəaliyyət göstərir. Müstəqilliyə qədər həftədə 3 dəfə 5500 nüsxə ilə buraxılıb. Lakin müstəqillikdən sonra keçən dövr ərzində qəzetə 1 qəpik də olsun vəsait ayrılmayıb və heç bir avadanlıq verilməyib. İndi böyük çətinliklərlə ayda 1 dəfə və cəmi 4 səhifə yayınlana bilir. Sadəcə 4 əməkdaşı var. Onların da əmək haqqı aylardır ödənilmir. Bu gedişlə Əkinçi qəzeti fəaliyyətini artıq dayandırmaq məcburiyətindədir. Buradan bütün əlaqədar qurumlara səslənirəm: Əkinçi qəzetini düşdüyü bu çətinlikdən qurtarmaq lazımdır!", deyə deputat əlavə edib.
 
Millət vəkili çıxışı zamanı Zərdab və Ucar rayonunda mövcud olan digər problemlərə də toxunub və vətəndaşların bu problemlərinin həll olunması üçün büdcə layihəsinə təkliflərini verib.

"Zərdab və Ucarda içməli su təchizatı, suvarma sistemləri ilə bağlı çox ciddi problemlər var. Su təminatını yaxşılaşdırmaq üçün bizim hər müraciətimizdən sonra müəyyən cari işlər görülür. Latok kanalları, kollektorlar təmizlənir. Lakin bunlar hamısı müvəqqəti xarakter daşıyır. Bu məsələ köklü şəkildə həll edilməli, bölgələrin sosial-iqtisadi inkişafı layihələrində öz əksini tapmalıdır.  Rayonun  Şahhüseynli, Çallı, Məlikumudlu, Təzəkənd, Gəndəbil kəndlərinin əkinə yararlı sahələrinin suvarılması üçün təcili  əməli tədbirlər görülməlidir. Zərdab rayonunun Dəkkəoba kəndinin əkinə yararlı sahələrinin suvarılması üçün layihə sənədləri bundan 2 il əvvəl  hazırlanaraq İqtisadiyyat Nazirliyinə göndərilmiş, lakin bu günə kimi heç bir nəticə əldə edilməyib. Ucar rayonunun Bərgüşad, Lək və Xələc kəndlərinin içməli və suvarma suyuna olan ciddi tələbatların ödənməsi üçün təcili layihə hazırlanması vacibdir. Zərdab rayonunda kanalizasiya sistemində ciddi problemlər var. Hər il büdcə müzakirələri zamanı və hökümətin hesabatında biz bu məsələni gündəmə gətiririk. Çox uzun illər əvvəl, 2011-ci ildə həmin ilə qədər etdiyimiz çoxsaylı müraciətlərimizdən sonra Zərdab rayonunda kanalizasiya çəkilişi işləri başlandı. Lakin necə deyərlər, sevincimizi gözümüzdə qoydular. Belə ki, işlər başlandıqdan qısa müddət sonra, tikinti işləri üçün gələn briqada geri döndü və işlər yarımçıq qaldı. Artıq 2022-ci il gəlir. Və bu illər ərzində həmin işlərin nə üçün yarımçıq qaldığına və davam etdirilməsi üçün nə zaman plana salınacağına dair suallarımız və müraciətlərimiz təəssüf olsun ki, cavabsız qalır. Bu məsələyə hökümətin əlaqədar qurumları tərəfindən aydınlıq gətirilməsini və öz müsbət həllini tapması üçün köməklik göstərməyinizi xahiş edirəm.  Zərdabda Məlikumudlu, Şahhüseynli, Dəliquşçu, Xanməmmədli, Məmmədqasımlı kənd yollarını mərkəzi yolla birləşdirən hissəsinin əsaslı təmirinə ehtiyac var. Ucarın Bərgüşad kəndinin də bir az əvvəl qeyd etdiyimiz  layihədən kənarda qalan 6,5  km-lik hissəsinin əsaslı təmirinə ehtiyac var. Eləcə də Zərdabda Sileyli və Alıcanlı kəndləri və Ucarda  Lək kəndi də qazlaşdırma üçün öz növbəsini gözləyir",deyə Jalə Əliyeva bildirib.
 
Gülnar Nazimqızı 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol