Polis şöbəsinin sabiq rəis müavininə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) keçmiş rəis müavini Hüseyn Muradxanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçiriləb prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Hüseyn Muradxanov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hüseyn Muradxanovun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama görə, Hüseyn Muradxanov evli olduğu halda özünü subay kimi təqdim edərək həyat yoldaşının razılığı olmadan özünə məxsus olan əmlakı satıb. Belə ki, onun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilib. Buna görə də birgə nikah dövründə alınan daşınmaz əmlakın satışını təkbaşına həyata keçirib. Şəxsiyyət vəsiqəsində subay göstərildiyi üçün notariusda onun evli olub-olmadığı araşdırılmayıb.
2016-cı ildə Hüseyn Muradxanov həyat yoldaşı M.Muradxanovadan boşanıb. Sonuncu məhkəməyə müraciət edərək əmlakın satışından xəbəri olmadığını, buna görə alqı-satqının etibarsız hesab olunmasını istəyib. Məhkəmə iddianı təmin edib və alqı-satqı müqaviləsi etibarsız hesab edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























