Kəlbəcərdəki hərbi hissələrə elektrik enerjisi verildi - VİDEO

"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Kəlbəcərdə aparılan işlər çərçivəsində hərbi hissələri elektrik enerjisi ilə təmin edib.
Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyyətli etmək üçün görülən işlər davam etdirilir. Son bir ay ərzində görülən işlər çərçivəsində hərbi hissələr elektrik enerjisi ilə təmin olunub. Qısa zamanda rayonun Vəng, Bağlıpəyə, Qamışlı, Çaykənd və Qılınclı kəndləri ərazisində ümumilikdə 8 ədəd Kopmlekt Transformator Məntəqələri quraşdırılaraq hərbi hissələrin və taborların elektrik enerjisi ilə təchizatı başa çatdırılıb.
Həmçinin, Yanşaq və Çopurlu kəndləri arasında 35 kV-luq hava xətinin bərpasına başlanılıb. Həmçinin "Kəlbəcər” yarımstansiyası -"İstisu” qəsəbəsi arası 3 km məsafədə hava xəttində yayrarsız vəziyyətdə olan naqillər yenisi ilə əvəz olunub, yeni dayaqlar quraşdırılıb. İstisu-Alagöllər arası 37 kilometr 35 kV-luq hava kabel xəttinin bərpası üçün dayaqların quraşdırılması işləri davam etdirilir.
Kəlbəcərdə, xüsusilə rayonun yüksəklik ərazilərində kəskin hava şəraitinin davam etməsi "Azərişıq” ASC əməkdaşlarına ciddi çətinlik yaratsa da, bütün işlər vaxtında, plana uyğun yerinə yetirilir. Kəlbəcərin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerji ilə təchizatı üçün üçün bütün tapşırıqlar uğurla icra olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























