“Mado”, “Cafe City” kafeləri və “Özsüt Gənclik Mall” restoranı cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 390 ictimai iaşə obyektində 687 monitorinq keçirib.
AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakının, Nərimanov rayonu, Ə. Rəcəbli küç., ev 38A ünvanında yerləşən, fiizki şəxs Aslanov Rafiq Zabit oğluna məxsus "Şəki” restoranı;
2. Bakının, Səbail rayonu, Rəfibəyli küç., ev 37 ünvanında yerləşən, hüquqi şəxs "Madoer” MMC-yə məxsus "Mado” kafesi;
3. Bakının, Nəsimi rayonu, Füzuli küçəsi 720 ünvanında yerləşən, hüquqi şəxs "Siti Keyterinq" QSC-yə məxsus "Cafe City” kafesi”
4. Bakının, Səbail rayonu, Nizami küçəsi 44 ünvanında yerləşən, hüquqi şəxs "City Service Company" MMC-yə məxsus "Food Station” restoranı;
5. Bakının, Suraxanı rayonu, Qaraçuxur ştq, məh. 40 ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Hüsən Məmməd oğluna məxsus kafe;
6. Bakının, Nərimanov rayonu, Xoyski pr., məh. 830-835 ünvanında yerləşən, hüquqi şəxs "Özsüt Azerbaijan" MMC-yə məxsus "Özsüt Gənclik Mall” restoranı;
7. Xaçmazın, Susayqışlaq kəndində yerləşən, fiziki şəxs Əskərova Səbirə Ağaşirin qızına məxsus "Fazenda” restoranı;
8. Qubanın, Vladimirovka kəndində yerləşən, fiziki şəxs Fətullayev Zahid Nəzərşah oğluna məxsus "Fayton” kafesi;
9. Qubanın, İkinci Nügədi kəndində yerləşən, hüquqi şəxs "Saf Catering Macara" MMC-yə məxsus restoran.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























