Bakıdakı bu məktəbdə də istilik yoxdur

Bakının Nəsimi rayonu, Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbdə hələ də istilik yoxdur. Noyabrın 15-dən bütün ölkə ərazisində qazanxana və istilik məntəqələri işə salınsa da, sözügedən təhsil müəssisəsi tam olaraq istiliklə təmin olunmayıb.
Bu şikayətlə "Qafqazinfo”ya bir qrup valideyn müraciət edib. Onların sözlərinə görə, noyabrın 22-dən etibarən məktəbdə istilik sistemi işə düşüb. Amma hələ də istilik bütün sinifləri əhatə etmir. Hətta ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş korpusda da sinif otaqları bumbuzdur. Nəticədə, uşaqlar təhsildən yayınır - bir qismi soyuq siniflərdə oturmağa davam gətirə bilmədiyinə görə dərsə gəlmir, bir qismi isə dərsə gələrək xəstələnib uzun müddət dərs buraxmalı olur.
Bu sualla Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. İdarədən bildirildi ki, "Azəriqaz” İstehsalat Birliyinə müraciət edildikdən sonra 5 nömrəli tam orta məktəbin qazanxanasına qaz verilişi bərpa edilib və təhsil müəssisəsinin istilik sistemi işə salınıb. Hazırda problemin tam olaraq həlli üçün tədbirlər görülür:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























