Hadisə Oğuz-Şəki avtomobil yolunun rayonda, Şəkinin Oraban kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü və sərnişini xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.