• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “1033” gecə klubunun rəhbəri həbs edilib - VİDEO

Bakıda “1033” gecə klubunun rəhbəri həbs edilib - VİDEO
23.11.2021 17:54
Bakının Yasamal rayonunda yerləşən "1033” gecə klubunun rəhbəri həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, Bakının Yasamal rayonunda yerləşən "1033” gecə klubunda koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı gecə klubuna gələn şəxslərin COVID-19 pasportunun yoxlanılmadığı, masalararası məsafənin gözlənilmədiyi, müştərilərə qəlyan təklif edildiyi və bu kimi digər karantin qaydalarının kobud şəkildə pozulduğu müəyyən olunub.

Tədbir nəticəsində gecə klubunun rəhbəri, əvvəllər məhklum olunmuş Mehdi Abbasov və orada işləyən xidməti personal saxlanılıblar.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb və "1033” gecə klubunun rəhbəri Mehdi Abbasov tutularaq istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol