Gəncədə polis avtomobili qəzaya düşüb - Ölən var - YENİLƏNİB

Gəncədə polis əməkdaşı Renat Əliyevin ölümü ilə bağlı cinayət işi açılıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.
Qəzada ölən Renat Əliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşıdır.
*****
Gəncədə minik avtomobili mağazaya çırpılıb.
Şəhərin Müseyib Bağırov 157 ünvanında "Fiat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini şəhər ərazisindəki mağazalardan birinə çırpıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin Renat Əliyev ağır xəsarət alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























