Şagirdin oğurlanması ilə bağlı açıqlama- DİN

Daxili İşlər Nazirliyi (DİN) Bakıda azyaşlı qızın məktəbdən oğurlanmağa cəhd olunması iddialarına münasibət bildirib.
www.anews.az
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, azyaşlının qaçırılma cəhdi ilə bağlı iddalar nəzarətə götürülüb.
Bununla bağlı bütün zəruri tədbirlər icra olunur: "Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcəkdir".
Hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb.
Azyaşlının ailə üzvləri iddia edir ki, naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























