Bahar Muradova: Zorakılığın qarşısının tam alınacağına ümid yoxdur

Məişət zorakılığının qarşısının tam şəkildə alınacağına heç kəsin ümidi yoxdur.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbirdə deyib.
www.anews.az
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbirdə deyib.
"Lakin zorakılığın qarşısını təhsillə, hüquqi təfəkkürü təkmilləşdirməklə müəyyən qədər ala bilərik. Keçən il Prezident İlham Əliyevin təsdiqlədiyi layihə çərçivəsində bu sahədə xeyli iş görülüb. Bəzi layihələr ötən ildən başlayıb, növbəti illərdə də davam edəcək. Qanunvericilik sahəsində boşluqların aradan qaldırılması üçün təkliflərimizi də veririk. Təhlükəsizliyin, hüquqi müdafiənin əlçatanlığının təmin olunması üçün Komitənin təklifləri var. Bunlar razılaşdırılma mərhələsindədir. Dəyişikliklərə ehtiyac var. Ümid edirik ki, bu dəyişikliklər həyata keçiriləcək. Son vaxtlar cəmiyyətdə zorakılığa məruz qalanların kifayət qədər olduğunu görürük. İnsanlar öz ailələrində fiziki, psixoloji zorakılığa məruz qalır. Məişət zorakılığı ən ciddi hüquq pozuntudur",- deyə komitə sədri əlavə edib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























