• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA monitorinqlərin nəticələrini açıqladı

AQTA monitorinqlərin nəticələrini açıqladı
25.11.2021 16:58
Bitki sağlamlığının təmin olunması və standartlara cavab verən, yüksək keyfiyyətli qida məhsullarının istehsalı, zəngin bitki örtüyünün qorunması və inkişaf etdirilməsi üçün istifadə olunan bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunması zəruri əhəmiyyət kəsb edir.


Anews.az xəbər verir ki,  bununla əlaqədar, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarətin gücləndirilməsi, insanların sağlamlığı və ətraf mühitin təhlükəsizliyi, istifadə müddəti bitmiş yararsız preparatların aşkarlanması, zərərsizləşdirilməsi və s. tədbirlərin təşkili məqsədilə aidiyyəti dövlət orqanlarının (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri) əməkdaşlarından ibarət xüsusi monitorinq qrupları yaradılıb və cari ilin 16 sentyabr - 6 oktyabr tarixləri ərzində respublika üzrə ümumilikdə 165 pestisid saxlama anbarında monitorinq aparılıb. Anbarlardan 127-də qanunvericiliklə müəyyən edilmiş tələblərin pozulması halları aşkar edilib.


Monitorinqlər zamanı bəzi müəssisələrin lisenziyasız fəaliyyət göstərməsi, zəhərli kimyəvi maddələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə cavab verməyən yerlərdə saxlanması, anbarların yaşayış məntəqələrindən, taxıl anbarlarından və su mənbələrindən tələb olunan məsafədə yerləşməməsi, məcburi havadəyişən qurğuların quraşdırılmaması, effektli ventilyasiya sisteminin olmaması, məhsulların saxlanma şəraiti tələblərinin gözlənilməməsi və standartlara cavab verməyən, vaxtı keçmiş məhsulların saxlanması halları aşkar edilib.


Monitorinqlər zamanı qanunvericiliyin tələblərini kobud şəkildə pozan müəssisələrin səlahiyyətli şəxsləri barədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq tədbirlər görülüb. Hazırda bu istiqamətdə sağlamlaşdırma tədbirləri davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol