• $
  • €
  • ₽
  • ₺
  • £

"Qaçqınkom" bəzi qəsəbələrdə qazanxanaların işləməməsinin səbəbini AÇIQLADI

"Qaçqınkom" bəzi qəsəbələrdə qazanxanaların işləməməsinin səbəbini AÇIQLADI
25.11.2021 17:09
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi bəzi qəsəbələrdə qazanxanaların işləməməsinin səbəbini açıqlayıb.

Dövlət Komitəsindən Anews.az-a bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı istifadəyə verilmiş bir neçə qəsəbədə müvəqqəti məskunlaşmış köçkünlər qazanxananın fəaliyyət göstərmədiyi ilə bağlı şikayət edib.

"Azərbaycan Prezidentinin 23 yanvar 2017-ci il 1206 nömrəli "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Bu məbləğ təbii qaz, elektrik enerjisi, istilik, su və məişət tullantıları ilə bağlı xərclərin məcburi köçkünlər tərəfindən ödənilməsi üçün nəzərdə tutulub. Qazanxanaların fəaliyyətində yaranmış fasilələr və gecikmələr məcburi köçkünlərin isti su və istilik təchizatına görə ödənişləri vaxtında ödəməməsi ilə bağlıdır.

Hazırda bir neçə qəsəbədə istilik və isti su ilə təmin edən qazanxanalarda qış mövsümü ilə əlaqədar olaraq, son tamamlama işləri aparılır və qarşıdakı günlərdə işə salınması gözlənilir", - Dövlət Komitəsindən qeyd olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol