• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşada bərpa olunan abidələrin - SİYAHISI

Şuşada bərpa olunan abidələrin - SİYAHISI
26.11.2021 16:37
Şuşada 35 mədəniyyət abidəsi təmizlənib, bu barədə anews.az-ın sorğusuna cavab olaraq "Təmiz Şəhər” ASC-dən bildirilib.
 
"İlkin mərhələdə şəhər ərazisində təmizlik işləri aparılması üçün xüsusi texnika və işçi qüvvəsi cəlb olunub, küçələrdə atılmış, yararsız nəqliyyat vasitələri kənarlaşdırılıb, müxtəlif təyinatlı binaların təmizlənməsi həyata keçirilib.  Şuşada Tullantıların yerləşdirilməsi üçün 200 ədəd xüsusi konteyner yerləşdirilib. İşğal altında olduğu zaman dağıdılan və tullantıların toplandığı tarixi binaların təmizlənməsi hazırda  "Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən davam etdirilir. Cəmi 35 abidə bərpa olunub",  - deyə qurumdan bildirilib. 
 
Qurumdan həmçinin bildirdilər ki, "Təmiz Şəhər" ASC-nin Şuşada 42 əməkdaşı çalışır.
 
Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 22 iyun 2021-ci il sərəncamı ilə Şuşada təmizlənmə işləri "Təmiz Şəhər" ASC-ə tapşırılıb. Hazırda 
 
"Təmiz Şəhər” ASC 2008-ci il 6 avqust prezidentin sərəncamı ilə yaradılıb. Qurumun əsas vəzifəsi  Bakı və Abşeron yarımadasında ekoloji durumu sağlamlaşdırmaq, ətraf mühitin mövcud vəziyyətini bərpa etməkdir.  "Təmiz Şəhər" ASC-nin Kompleks Tədbirlər Planı layihəsi çərçivəsində  tullantıların yandırılması və təkrar emalı üçün bir çox zavodları fəaliyyət göstərir. 
 
Şuşada bərpa olunan abidələrin siyahısı: 

 
1. Xurşidbanu Natavanın evi
2. Pənahəli xanın sarayı
3. Pənah xanın evi
4. Üzeyir Hacıbəyovun evi
5. Natavan bulağı
6. M.M. Nəvvabın evi, qəbri
7. Hacı Dadaşın evi
8. Mehmandarovun evi
9. Eyyubovlar ailəsinə məxsus ev
10. Mamay məscidi
11. Aşağı və Yuxarı Gövhərağa məscidləri
12. Pir
13. Qaryağdının evi
14. Böyük Xanımım bürcü
15. Bülbülün evi
16. Zakir Qasım bəyin evi
17. Süleyman Sani Axundovun evi
18. Çuxur məhəlləsi və Məscidi
19. Çöl Qala məscidi
20. Quyuluq məhəlləsi
21. Zöhrabbəyovlar ailəsinə məxsus ev
22. Hacı Sadığın evi
23. Həsənbəyovlar malikanəsi
24. Əsəd bəyin evi 
25. Üzeyir Hacıbəyov bağı
26. Realni  məktəb 
27. İsa bulağı
28. Şuşa türməsi
29. Saatlı Məscid
30. Molla Pənah Vaqifin məqbərəsi
31. Cıdır düzü
32. Xalça muzeyi
33. Şuşa Qalası
34. Şuşa Şirin su  hamamı
35. İkimərtəbəli karvansaray
 

Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol