• $
  • €
  • ₽
  • ₺
  • £

“Sosial Tədqiqatlar Mərkəzi” 2 milyona ofis tikir

“Sosial Tədqiqatlar Mərkəzi” 2 milyona ofis tikir
27.11.2021 11:44
"Sosial Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin (Təkliflər sorğusu) qalibi məlum olub.

Anews.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi "TVM İnşaat” MMC (VÖEN- 1101408601) olub.
Açıqlanan rəsmi məlumatda göstərilir ki, "TVM İnşaat” MMC  "Sosial Tədqiqatlar Mərkəzi”nin sifarişi əsasında bu qurumun obyektinin tikintisini həyata keçirəcək.  

MMC tender şərtlərində göstərilən işlərin həyata keçirilməsi üçün "Sosial Tədqiqatlar Mərkəzi”ndən 1 milyon 810 min manat alacaq. Tikinti işlərinin bu ilin iyul ayında başladığı və ilin sonunda başa çatacağı bildirilir. 
Məlumat üçün bildirək ki, "TVM İnşaat” MMC 25.07.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı "Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, m. 8” olaraq göstərilir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.
Onu da bildirək ki, millət vəkili Zahid Orucun rəhbərlik etdiyi "Sosial Tədqiqatlar Mərkəzi”nə inzibati bina tikdirməsi üçün 2019-cu ildə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən icazə verilib.

"Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 18” ünvanında tikiləcək inzibati binanın 2 mərtəbəli olması nəzərdə tutulub. Binanın ümumi sahəsi isə 2091,3 kv. metr olacaq.

Rəqəmlərdən də göründüyü üçün obyektin 1 kv. metrinin tikintisi 866 manata başa gələcək.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol