Kürdəmirdə yol qəzası - Yaralananlar var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisə baş verib.
Anews.az xəbər verir ki, Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "FORD" markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılıb. İlkin ehtimala görə, hadisə zamanı 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























