Rusiyada hərbi zavodda dörd partlayış oldu

Rusiya Müdafiə Nazirliyinin Nijeqorod vilayətinin Dzerjinski şəhərində yerləşən Y.M.Sverdlov adına hərbi zavodda dörd partlayış baş verib.
Anews.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Bildirilir ki, ərazisi 900 kvadratmetr olan partlayış yerində yanğın baş verib. Hazırda zavodun işçiləri üçün heç bir təhlükə yoxdur.
Fövqəladə hallar üzrə mənbə bildirib ki, partlayışların episentri HMX istehsal müəssisəsi olub.
Zərərçəkənlərə lazımi tibbi yardımın göstərilməsi tapşırılıb
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























