• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvilinin məhkəməsi başa çatdı - Fotolar + Yenilənib

Saakaşvilinin məhkəməsi başa çatdı - Fotolar + Yenilənib
29.11.2021 18:19
Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək.

"Qafqazinfo” "Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, gürcü siyasətçinin məhkəmədə iştirakı gözlənilir.
"Formula” telekanalının məlumatına görə, Penitensiar Xidmətin maşını Saakaşvilinin olduğu hərbi hospitalın ərazisini tərk edib. Penitensiar Xidmət hələ ki, Saakaşvilinin məhkəməyə aparılıb-aparılmaması ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, bu gün keçirilən məhkəmə 2007-ci il noyabrın 7-si müxalifətin aksiyasının dağıdılması işi ilə bağlıdır. Bu, Saakaşvilinin oktyabrın 1-i həbsindən bu yana keçirilən 3-cü məhkəmə prosesidir. Gürcü siyasətçi bu proseslərin heç birində iştirak etməyib.

***
"TV Pirveli” telekanalının məlumatına görə, Mixail Saakaşvili Tbilisi Şəhər Məhkəməsinə aparılıb.

"Bu dəqiqələrdə Saakaşvili məhkəmə binasına aparılıb. Dəqiqliklə deyə bilərik ki, Saakaşvili bu gün xalq qarşısında çıxış edəcək”, - deyə məlumatda qeyd olunub.
***
Tbilisi Şəhər Məhkəməsində Mixail Saakaşvilinin iştirakı ilə məhkəmə prosesi başlayıb. 
***
Gürcüstanın keçmiş Prezidenti proses zamanı ölkənin məhkəmə sistemini tanımadığını bəyan edib: "Mən prokurorluğun ittihamlarını və məhkəmə sistemini tanımıram. Mən buraya əvvəlcədən yazılmış komediyanın bir hissəsi olmağa gəlməmişəm”.
***
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin cinayət işi üzrə keçirilən məhkəmə iclası başa çatıb.
Qeyd olunur ki, Saakaşvilinin məhkəmədəki çıxışı bir saata yaxın davam edib. Bu müddət ərzində o, 2007-ci ildə Gürcüstanda baş verən etiraz aksiyalarında Rusiyanı ittiham etməyə və prezidentlik dövründə əldə etdiyi nailiyyətlərdən danışıb.

İclasdan sonra sabiq prezident bir neçə maşının müşayiəti ilə təcili yardım maşınına mindirilərək məhkəmə zalından aparılıb.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol