COVID-19 PCR testlərinin qiyməti ucuzlaşa bilər

16 may 2019-cu il tarixində ölkə prezidenti İlham Əliyevin açılışını gerçəkləşdirdiyi və "Azərbaycan İnvestisiya Şirkəti”nin də iştirak payı olan "DİAMED CO” Şpris İstehsalı Zavodu 2021-ci ilin avqust ayından etibarən daha bir yeni istehsal xəttini quraraq qlobal pandemiya dövründə ən çox tələb olunan COVID-19 virusunun PCR üsulu ilə aşkarlanması üçün istifadə olunan reagentlərin istehsalına başlayıb.
Şirkətdən verilən məlumata görə, zavod hazırda çox yüksək keyfiyyətli COVID-19 virusunu və onun mutasiyalarını təyin edə bilən reagentlər istehsal edir. Zavodun istehsal gücü illik 6 000 000 ədəddir.
Bundan əlavə, yerli reagentlərdən istifadə etməklə analizlərin nəticələri dəqiq olmaqla yanaşı, daha qısa müddətə hazır olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























