Dünən şəhid olan Nəbiyev ehtiyatda olan polkovnik idi

Xızıda helikopter qəzasında şəhid olanlardan biri də rəsmi siyahıda işçi Nəbiyev Elçin Fikrət oğlu kimi qeyd edilən şəxsdir.
Anews.az xəbər verir ki, Azərbaycan Universitetləri səhifəsi N. Elçin haqda bəzi məlumatları paylaşıb. Bildirilir ki, sözügedən şəhid ehtiyatda olan polkovnik olub. O, ilk və yeganə azərbaycanlı olaraq Sovet vaxtı Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib.
I Qarabağ müharibəsində ön cəbhədə düşmənin koordinatlarını, atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Vətən Müharibəsində uğurlu əməliyyatların tərtibində müəlliflərdən biri, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhrəmanlarından biridir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib