Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
Anews.az-ın məlumatına görə, bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yaxın saatlarda hava şəraitinin dəyişməsi, şimal-qərb küləyinin güclənməsi gözlənilir.
Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçsinlər və nəqliyyat vasitələrini parklayarkən müvəqqəti tikililərin, reklam lövhələrinin, ağacların, həmçinin küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamasınlar.
Bununla yanaşı, güclü külək müşahidə olunan yollarda, xüsusən açıq ərazilərdə yük avtomobillərini (əsasən ot daşıyan), moped və motosiklet tipli nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























