Zəhərlənmə ilə bağlı müraciət edən 11 nəfər ölüb
Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə faktı ilə bağlı 140 nəfər müraciət edib.
KTM-dən bildirilib ki, müraciət edənlərin 72-si qadın, 42-si kişi, 26-sı uşaq olub. Onlar arasında sirkə turşusundan 25, dərmandan 52, spirtli içkidən 9, dəm qazından 21, zəhərli göbələkdən 8, qidadan 15, allergik reaksiyalardan isə 10 nəfər zəhərlənib.
Ay ərzində zəhərlənmə ilə bağlı Mərkəzə müraciət edənlərdən 11 nəfər dünyasını dəyişib, 128 nəfər sağalaraq evə buraxılıb, 1 nəfərin isə müalicəsi davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























