“AA” seriyalı maşının da olduğu qəza ilə bağlı - AÇIQLAMA

Bu gün səhər saatlarında Bakıda "AA” seriyalı avtomobilin iştirakı ilə baş verən yol qəzası haqda rəsmi açıqlama verilib.
DİN Mətbuat xidmətindən bildirilib ki, dekabrın 2-də səhər 07:09 radələrində Səbail rayonu ərazisində Bibiheybət məscidinin yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə piyada yolun əks istiqamətində hərəkətdə olan Nəsimi Mustafayevin idarə etdiyi "BMW” markalı avtomobilin qarşısına düşüb. N.Mustafayev dərhal avtomobili dayandırıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə yerinə baxış keçirilib, sxem tərtib edilib və digər istintaq hərəkətələri həyata keçirilib. Araşdırma davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























