• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış teleaparıcı xəbərdarlıq edilmədən işdən çıxarılıb - ŞİKAYƏT

Tanınmış teleaparıcı xəbərdarlıq edilmədən işdən çıxarılıb - ŞİKAYƏT
02.12.2021 17:34
"Xəzər" televiziyasının əməkdaşı Nigar Mirzəyeva işindən uzaqlaşdırılıb. Onu kanal rəhbəri Murad Dadaşovun imzası ilə xəbədarlıq edilmədən işdən çıxarıblar, bunu anews.az-a açıqlamasında aparıcıözü bildirib. 

"Düzü mən əmri görməmişəm, hələ gedib əmri götürməliyəm. İşdən çıxarılmağım üçün tutarlı səbəb yoxdur. Sadəcə mənə xəbər verildi ki, Murad müəllim məni işdən çıxarıb. Mənim 15 illik təcrübəm var. AzTV-nin birinci dərəcəli diktoruyam. Bunlar rəsmi sənədlərdə qeyd olunub. Xəzər televiziyasında 2016-ci ildən çalışıram. Təbii ki, arada anlaşılmazlıqlar olub. Amma rəhbərlikdən bu anlaşılmazlığa görə işdən azad olunmağımı demirlər. İşdən kənarlaşdırılmağımın səbəbi mənə bəlli deyil”, - deyə o əlavə edib. 

Nigar Mirzəyeva məsələ ilə bağlı hüquq müstəvisində addımlar atacağını bildirib. 

"Bu mənə qarşı haqsız münasibətdir. Sona kimi hüququmu müdafiə edəcəm. Düzdür, bu söhbətdən sonra "Xəzər" televiziyasında qalmağı belə düşünmürəm. Sadəcə, mənim kimi aparıcıya qarşı belə  addımın atılmasını qəbul etməyəcəm. Məncə bu ədalətsizlikdir və mütləq buna qarşı tədbir görülməlidir”, deyə Mirzəyevə vurğuladı. 
 
Məsələ ilə bağlı "Xəzər" televiziyasının Xəbər departamenti ilə əlaqə saxladıq. Özünü departamentin əməkdaşı olduğunu bildirən amma adıı açıqlamayan xanım geri dönüş edəcəyini bildirsə də televiziyadan hələlik cavab almadıq. 
 
"Xəzər" televiziyasından açıqlama verilərsə onu açıqlamağa hazırıq.  
 
"Xəzər"t eleviziyası 2007-ci ilin oktyabrından fəaliyyət göstərir və Azərbaycanın populyar telekanallarndan biridir. 
 
Xəlil Xəlili

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol