Türkiyədə azərbaycanlı gəmiçinin nəşi tapılıb

Türkiyənin Zonquldaq şəhərinin Ereğili rayonunda limanda lövbərli gəminin qopan kəndirinin vurması nəticəsində dənizə yıxılan ekipaj üzvü, Azərbaycan vətəndaşı Anar Orucovun meyiti dalğıclar tərəfindən tapılıb.
Bu barədə məlumatı DHA agentliyi yayıb.
Hadisə dekabrın 1-də gecə baş verib. Bildirilib ki, 22 yaşlı gəncin meyiti yıxıldığı yerə yaxın ərazidə aşkarlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























