Füzulidə şirkət əməkdaşları oğurluq edib

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dekabrın 2-də saat 4 radələrində Horadiz şəhəri ərazisindəki stasionar postda Kürdmahmudlu kənd sakini A.Mehdiyevin idarə etdiyi "QAZel” markalı avtomobili nəzarət qaydasında saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Avtomobilin yük yerinə baxış zamanı oradan yük avtomobillərinə aid 13 ədəd təzə təkər və 2 ədəd çadır aşkar edilib.
Araşdırmalarla A.Mehdiyevin şirkətlərin birində sürücü işləməsi, habelə qeyd edilən əşyaları iş yoldaşı İ.Şəmili ilə birgə şirkətə məxsus anbardan oğurlamaları müəyyən edilib.
İ.Şəmili də polis əməkdaşları tərəfindən saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























