Söyüş üstündə adam öldürənə 16 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda və qəsdən adam öldürməkdə ittiham olunan 21 yaşlı Həsənağa Abdullayev və 18 yaşlı Elvin Şəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hadisə ötən ilin noyabrında Yasamal rayonu ərazisində baş verib. Həmin tarixdə Abdullayev dostu Şəmmədovla birlikdə daha əvvəl aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə Alı Nuriyev və dostları – Əli Əliyev, Elvin Kərimov, Babək Məşədiyev, Eltac Rəsulovla görüşüblər. Bu zaman Həsənağa Abdullayev bıçaqla Əli Əliyevi qəsdən öldürüb, Elvin Şəmmədov isə hadisə yerindən götürdüyü müxtəlif ölçülü daşlarla münaqişədə iştirak edənlərə hücum edərək onlara fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























