ÜST-dən “Omicron”la bağlı - Açıqlama

"Viruslar zamanla dəyişir. Çoxaldıqca mutasiyalar baş verir. Biz bunu bütün viruslarda, qripdə görürük. Ona görə də bu, sürpriz deyil".
"Qafqazinfo” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə sözçüsü Riçard Pebodi deyib.
R.Pebodi bildirib ki, yeni ştamın panikaya səbəb olmamalıdır:
"Hökumətlərə aydın çağırışla həssas qrupların peyvənd edilməsi lazım olduğunu bildirmişik”.
Pebodi virusu azaltmaq üçün fiziki məsafəyə, əl gigiyenasına və maskaların taxılmasına riayət edilməli olduğunu xatırladıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























