• $
  • €
  • ₽
  • ₺
  • £

Bu rayonda reyd zamanı 30-a yaxın şəxs cərimələnib- FOTO

Bu rayonda reyd zamanı 30-a yaxın şəxs cərimələnib- FOTO
04.12.2021 08:48
Zaqatalada polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar rayon ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı iri marketlərdə və digər qapalı obyektlərdə bəzi vətəndaşlar tərəfindən sanitar-gigiyenik qaydalara əməl olunmadığı aşkar olunub. Tibbi maskadan istifadə etməyən alıcı və satıcılarla polis əməkdaşları izahedici söhbətlər aparıb , onların barəsində qanunauyğun tədbir görüblər. Qaydalara laqeyd yanaşan, tələblərin pozulmasına şərait yaradan obyekt sahiblərinə ciddi xəbərdarlıq edilib.
 
Həmçinin, kafe və restoranlarda müştərilərin,xidmət personalının COVID-19 pasportları yoxlanılıb, qaydalara riayət etmələrinin vacibliyi sahibkar və icarədarların diqqətinə çatdırılıb.
 
Yol polisi bölməsinin əməkdaşları ictimai nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişinləri, eləcə də sürücüləri müəyyən ediblər. Həmin şəxslər avtobuslardan düşürülüb və barələrində inzibati tənbeh tədbirləri görülüb.
 
Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər aşkarlanıb və ümumilikdə reyd zamanı 30-a yaxın şəxs barəsində cərimə protokolu tərtib edilib.
 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol