ÜST: "Omikron”a qarşı vaksinlərin effektivliyi üçün vaxt lazımdır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun "omikron” ştamından ölənlərlə bağlı məlumatı yoxdur.
Bu barədə ÜST-ün sözçüsü Kristian Lindmayer Cenevrədə keçirdiyi mətbuat konfransında "Anadolu” agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib.
Lindmayer bildirib ki, "omikron”un yoluxuculuğu, həmçinin koronavirusun bu xüsusi ştammı ilə yoluxduqdan sonra xəstəliyin mümkün vəziyyəti ilə bağlı araşdırmalar davam edir.
Təşkilatın sözçüsü "Moderna” və "BioNTech-Pfizer”-in "omikron”a qarşı yeni peyvənd haqqında” açıqlamalarını da şərh edib. "ÜST peyvənd istehsalçılarına mövcud peyvəndi əvəz etmək də daxil olmaqla, vaksini vaxtından əvvəl hazırlamağı inadla tövsiyə edir”, - o deyib.
"Bu, həyəcan zənglərini gözləməkdən daha yaxşıdır", - Lindmayer qeyd edib.
Onun sözlərinə görə, hazırkı mərhələdə "Omikron”a qarşı mövcud vaksinlərin effektivliyi üçün vaxt lazımdır.
"Məlumatları toplayıb təhlil etdikdən sonra hər şey öz yoluna düşəcək”, - ÜST rəsmisi əminliyini ifadə edib.
"Omikron” vəziyyətinin tam təhlili vaxt aparacaq”, - o deyib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib