• $
  • €
  • ₽
  • ₺
  • £

Xocavənddə məhv edilən erməni kim imiş - Hadisənin detalları

Xocavənddə məhv edilən erməni  kim imiş - Hadisənin detalları
04.12.2021 10:51
Davamlı olaraq Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi ətrafında gərginlik yaşanır.  İki gün öncə ermənilər təxribata əl ataraq, möqvelərimizi atəşə tutmuşdular.
 
Əldə etdiyimiz məlumatlardan belə məlum olur ki, buna səbəb qəsəbədə qondarma "DQR”in əski parçasının asılması olub. Belə ki, Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, erməni tərəfi həmin əski parçasını dirəkdən götürmək istəməyib. İki gün öncə hərbçilərimiz yenidən xəbərdarlıq edib, ardından isə bildiriblər ki, əks təqdirdə oradan zorla götürüləcək. Lakin ermənilər yenə də buna məhəl qoymayıblar. Üstəlik, Azərbaycan Ordusunun mövqelərinə atəş açıblar.
 
Analoji hadisə həmin gün axşam saatlarında baş verib. Bu dəfə də ermənilər dinc durmayaraq, atəş açıblar. Azərbaycan hərbçiləri düşmən təxribatının qarşısını almaq məqsədi ilə cavab tədbirləri görüblər. Nəticədə, ermənilər postlarını qoyaraq, qaçıblar.
 
Maraqlı detal ondan ibarətdir ki, Azərbaycan əsgərləri dirəkdən asılmış əski parçasını çıxararaq, əvvəlcə çəkmələrini siliblər, daha sonra isə hərbi hissənin həyətindəki zibil qabına atıblar.
 
Dünən günorta saatlarında baş verən insidentin də bu olayla bağlılığı olduğu deyilir. Xocavənd rayonunun Çərkdar kəndində yaşayan 1956-cı il təvəllüdlü Seyran Sarkisyan postda dayanmış əsgərimizə hücum edərək, onun silahını əlindən almaq istəyib. Bu zaman o, bıçaqdan istifadə etməyə çalışsa da, əsgərimiz ayıq tərpənərək, onu zərərsizləşdirməyə nail olub.
 
Məlumatlara görə, Sarkisyan əvvəlcə özünü naxırçı kimi təqdim edib və inəklərini itirdiyini deyib. Onları axtardığını bildirib və bu minvalla da əsgərimizə yaxınlaşmağa çalışıb. Hərbi qulluqçumuz isə ərazidə heyvan görmədiyini, ondan isə uzaqlaşmağını tələb edib. Lakin erməni təxribatçı bir qədər də ona yaxınlaşaraq, hücum etmək üçün əlverişli imkan qazanmağa çalışıb. Bunu başa düşən Ordumuzun nümayəndəsi havaya xəbərdarlıq atəşi açıb. Bu zaman Seyran Sarkisyan qəfil hücum edərək, əsgərimizin əlindən silahını almağa çalışıb.
 
İlkin araşdırmalar zamanı məlum olub ki, Seyran Sarkisyan I Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşüb. Bundan başqa, o, vaxtıyla separatçıların Xocavənddəki əsas adamlarından biri hesab olunub. Əsgərimizə hücum etməsinin səbəbi isə hadisədən bir gün əvvəl Qırımızı Bazar qəsəbəsindəki əski parçasının çıxarılması və əsgərlərimizin onunla çəkmələrini silməsi olub. Görünür, əsgərlərimizin bu haqlı işi Sarkisyanın "çesti”nə dəyib.
 
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Xocavənd rayonunda baş verən hadisə düşmənin növbəti təxribatı olub və hərbçimiz təxribatın qarşısını alarkən, erməni təxribatçını zərərsizləşdirib.jamaz.info






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol