• $
  • €
  • ₽
  • ₺
  • £

Qazın limiti ilə bağlı vacib xəbər

Qazın limiti ilə bağlı vacib xəbər
04.12.2021 10:58
Məlumdur ki, soyuq havaların üstünlük təşkil etdiyi bölgələrdə daha çox qaz istehlak edilir. Nəticədə 1200 kubmetrlik ilkin limit daha tez aşılır. Amma istər aran, istərsə də dağlıq rayonların sakinləri eyni tariflə ödəniş edirlər. Bu isə qiymətlərin iqlim şəraitindən asılı olaraq müəyyən edilməsini gündəmə gətirir.
 
Bəs  fərqli bölgələr üçün fərqli qiymətlər tətbiq edilə bilərmi ? Azəriqaz İstehsalat Birliyi məsələyə aydınlıq gətirib.

”Müxtəlif iqlim şəraitinə malik bölgələrə fərqli qaz tariflərinin tətbiq edilməsi ilə bağlı məsələ gələcəkdə nəzərdən keçirilə bilər”. Bunu jurnalistlərə açıqlamasında ”Azəriqaz” İstehsalat Birliyinin departament rəisi Vüqar Qocayev bildirib.

Onun sözlərinə görə şəhər və rayonlar arasında temperatur göstəricilərindən asılı olaraq istər nəzərdə tutulan 1200 kub metrlik ilkin limitin, istərsə də qazın istehlak qiyməti ilə bağlı differensial, yəni fərdi yanaşmanın tətbiqi birbaşa Tarif Şurasının səlahiyyətindədir. Amma gələcəkdə bu məsələyə baxıla bilər.

Vüqar Qocayev bəzi binalarda qaz sayğaclarının bloklarda deyil, eyvanlarda quraşdırılmasına da aydınlıq gətirib. Bildirib ki, həmin sayğacların sökülməsi nəzərdə tutulmur. Çünki bu məsələ bina tikilərkən layihədə nəzərdə tutulmalı idi


Keçirilmiş mətbuat konfransında qazla təmin ediləcək yaşayış məntəqələrindən də danışılıb. Bildirilib ki, cari ildə 55 yaşayış massivi və kənddə qazlaşma işləri aparılıb. 2022-ci ildə isə daha 110 məntəqə qazlaşdırılacaq.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol