• $
  • €
  • ₽
  • ₺
  • £

600 minlik yeyinti edən baş həkim - “Bunu təkbaşına görməmişəm"

600 minlik yeyinti edən baş həkim - “Bunu təkbaşına görməmişəm"
04.12.2021 12:47
600 min manatdan çox mənimsəmədə ittiham olunan Bakının 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbəri Rəsul Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
 30 ilə yaxın xəstəxanada baş həkim olan Rəsul Baxşəliyev bir sıra şəxsləri kağız üzərində bağban, tibb bacısı, sanitar, həkim kimi işə götürərək onlar üçün ayrılan maaşları mənimsəyib. 1992-2021-ci illərdə xəstəxananın baş həkimi olmuş Baxşəliyevin adını rəsmiləşdirdiyi şəxslər arasında öz qızı Sitarə Baxşəliyeva da olub. O, qeydiyyatçı kimi işə götürülsə də, heç vaxt işə gəlməyib. Amma maaş kartına aylıq 270 manat pul köçüb.
 
İttihama görə, həmin xəyali işçilərə məxsus maaş kartlarının bəziləri də baş həkimin müavini Zinyət İbrahimovada olub. İbrahimova hər ay o kartlardan maaşları çıxararaq baş həkimə çatdırıb.

Adları işçi kimi rəsmiləşdirilib, əslində isə xəstəxanada işləməyən şəxslərin adlarına açılmış maaş kartları vasitəsilə 2009-2021-ci illərdə dövlət büdcəsinə 629 min manat ziyan vurulub.
 
85 yaşlı baş həkim Bakı Ağır Cinayətlər Məhkəməsindəki ifadəsində özünü qismən təqsirli bildiyini deyib: "Bu məbləğlə razı deyiləm, o qədər olmayıb. Həm də mən bu işi təkbaşına görməmişəm”.
 
Baxşəliyev istintaqdakı ifadəsində isə deyib ki, müavini İbrahimova hər ay kartlardan pulları çıxararaq ona verirdi: "Həmin vəsaitləri sonra öz aramızda bölürdük. Zinyət İbrahimova hər ay maaş kartlarından 2000 manat çıxarıb mənə verirdi. Bunun içində 400 manat öz maaşım idi. Adları işçi kimi rəsmiləşdirilmiş şəxslərə iş stajı yazılırdı deyə bununla razılaşmışdılar. Əməlimdən peşmanam”.
 
Baş həkim istintaq dövründə vurulan ziyanın 263 min manatını ödəyib. Həm R. Baxşəliyev, həm də müavini Z.İbrahimova CM-nin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunur.
 
Məhkəmə araşdırmaları davam edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol