Almaniyada 218 azərbaycanlının işi məhkəməyə göndərilib

Almaniyada icazəsiz yaşayan 218 Azərbaycan Respublikası vətəndaşının işi məhkəməyə göndərilib.
www.anews.az
Bunu Avropa bürosuna Almaniya Federal Kriminal İdarəsindən bildiriblər.
Məlumatda deyilir ki, Almaniya Federativ Respublikasının Miqrasiya Qanununun müvafiq bəndlərini pozaraq ölkədə qanunsuz yaşayan 218 Azərbaycan Respublikası vətəndaşı haqqında toplanmış materiallar yerli idarə məhkəmələrinə göndərilib. Həmin şəxslər Azərbaycanla Avropa İttifaqı arasında bağlanan "Readmisiya sazişi”nə əsasən ölkələrinə göndəriləcəklər.
Bu ilin noyabrında readmissiya haqqında saziş çərçivəsində 43 Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























