• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlıların Ermənistandan deportasiyasından 33 il ötür

Azərbaycanlıların Ermənistandan deportasiyasından 33 il ötür
06.12.2021 20:00
Azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyasından 33 il ötür.


Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "5 dekabr – deportasiyanın anım günü"adlı tədbir keçirilib.


Toplantıda Milli Məclisin deputatları, alimlər, Qərbi Azərbaycan İcmasının üzvləri, icma sədrləri, xaricdəki nümayəndələri və digər şəxslər iştirak ediblər.


Əvvəlcə tədbir iştirakçıları Azərbyacanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


İcma sədri, deputat Əziz Ələkbərli Qərbi Azərbaycanda soydaşlarımızın deportasiya və soyqırımı tarixi ilə bağlı məruzə ilə çıxış edərək 1988-ci il deportasiyasına gedən yolun mərhələ və xüsusiyyətləri barədə ətraflı məlumat verib: "Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb. Qazandığımız Zəfər təkcə işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməyəcək, həm də bizim Qərbi Azərbaycan torpaqlarımıza qayıdışımızın təməlini qoyub”.


Deputat xatırladıb ki, dekabrın 5-i azərbaycanlıların indiki Ermənistandan sonuncu deportasiyasının 33-cü ildönümüdür. O vurğulayıb ki, 33 il əvvəl ermənilərin Qarabağ iddialarına qarşı Göyçədə, Vedibasarda, Zəngibasarda, Ağbabada mitinqlər keçirən – Ermənistanda ermənilərə qarşı Qarabağ uğrunda ayağa qalxan insanların deportasiyasının anım günüdür: "Bu tarixi yad etməməyə bizim mənəvi haqqımız yoxdur”.


İcma sədri tədbir iştirakçılarına soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyası ilə bağlı, erməni vəhşiliyinin sübutu olan bəzi rəqəmləri xatırladıb:


- 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub;


- 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb;


- bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib;


- fərdi və ictimai təsərrüfatlarda yüz minlərlə ev və təsərrüfat heyvanı, fərdi, ictimai və inzibati binalar, kənd təsərrüfatı texnikası, məktəblər, kitabxanalar, mədəniyyət evləri ermənilərə qalıb;


- 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib;


- saysız-hesabsız tarixi abidələrimiz bu gün üçün ya erməniləşdirilib, ya da məhv edilib.


- Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının hesablamalarına görə, 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 33 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir.


Daha sonra çıxış edən deputat Məlahət İbrahimqızı Prezident İlham Əliyevin 44 günlük müharibədə Azərbaycan xalqına qazandırdığı möhtəşəm Zəfərin tarixi torpaqlarımıza da yol açdığını, o günün uzaqda olmadığını bildirdi, İcma üzvlərinə öz tövsiyələrini verdi, vacib fəaliyyətlərində onlara uğurlar arzulayıb.


Qərbi Azərbaycan İcması sədrinin birinci müavini Mirfaiq Mirheydərli, İcmanın Qadınlar Şurasının sədri Telli Pənahqızı, professor Avtandil Ağbaba, Bakı Dövlət Universitetinin müəllimi Sona Çərkəz, Azərbaycan Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova, İcmanın Sumqayıt şəhəri üzrə fəalı Yavər Quliyev və s. 1988-ci il deportasiyası ilə bağlı xatirə və düşüncələrini bölüşüblər.


Qərbi Azərbaycan İcmasının Beynəlxalq əlaqələr üzrə sədr müavini, dosent Həqiqət Hacıyeva QAİ-nin tədbirdə iştirak edən xarici ölkə nümayəndələrini təqdim edib, Hollandiyadan Benilüks Azərbaycanlıları Konqresinin vitse prezidenti Sima Cəfərli, həmin Konqresin mətbuat katibi Gülnarə Əliyeva, İsveçdən yazar Eluca Atalı, Almaniyadan "Nürnberq, Almaniya Türk Tarixi və Mədəniyyətlər Muzeyi - Mədinə" nin təsisçisi və rəhbəri Cəmaleddin Özdəmir, Misirdən Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə Koordinatoru Sabina Sultan çıxış ediblər, təmsil etdikləri ölkələrdə Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gördükləri işlərdən, qarşılaşdıqları problemlərdən danışıblar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol