• $
  • €
  • ₽
  • ₺
  • £

“Kaş balası olaydı, Ceyhunun qoxusunu ondan alaydım” - Şəhid Ceyhunun anası

“Kaş balası olaydı, Ceyhunun qoxusunu ondan alaydım” - Şəhid Ceyhunun anası
06.12.2021 14:30
Xızıdakı "Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 hərbçidən 11-i II Şəhidlər xiyabanında, 3-ü isə doğulduğu bölgədə torpağa tapşırıldı.

Şəhid olan 14 hərbçidən biri də tibbi xidməti kapitanı Ceyhun Əhmədxanovdur. Ölümündən sonra haqqında "iki gün sonra nişanı” olacaqdı deyə, ürəkləri dağlayan şəhidimiz. Amma sən demə, C. Əmədxanovun nişanlanacağı ilə bağlı məlumatlar doğru deyilmiş...

Ceyhun Əhmədxanovun atası Xanlar Əhmədxanov oğlu haqqında Modern.az-a danışıb.

X.Əhmədxanov deyib ki, Ceyhunun uşaqlıq arzusu həkim olmaq imiş:

"Uşaqlıqda ən böyük arzusu həkim olmaq idi. Tibbi Universitetində və Dövlət İdarəçilik Akademiyasında ali təhsil alıb. 33 yaşı var idi, ailə qurmamışdı. Kaş ailə qurmuş olaydı, kaş balası olaydı, heç olmasa, Ceyhunun qoxusunu ondan alaydım. İndi özümü ovunduracaq təsəlli də tapmıram.

Onun da ömrü bitdi, bizim də... Ailədə şən uşaq olsa da, ciddi görünüşlü idi.

Ağıllı, savadlı uşaq idi mənim balam. Həkim olmaq uşaqlıq arzusu idi. Vətənə olan sevgisindən isə hərbi həkim olmaq istədi. Arzuları o qədər idi... Bizim də ona sonsuz arzularımız var idi. Ceyhundan başqa bir övladım var, hər ikisini halal zəhmətimlə böyütmüşdüm. Heyif görmədim balamın bəhrəsini”.

Ceyhun Əhmədxanov hər gün olduğu kimi, səhər yuxudan oyanıb işə hazırlaşıb:

"Səhər-səhər anası işə gedib, arxasınca da Ceyhun gedib. Kefi yaxşı idi, təlimə gedəcəyini bilirdik. Nə biləydik, Ceyhunun son çıxışıdır evdən”.

 X. Əhmədxanov deyir ki, oğlunun şəhid olmasını iş yoldaşları ondan əvvəl eşidiblər:

"Anasının, mənim iş yoldaşlarım Ceyhunun şəhid olduğunu bilib bizə deyə bilməyiblər. Qara xəbəri necə verməli olduqlarını bilməyiblər. Çox çətindir, Allah heç bir valideynə yaşatmasın bu dərdi”.

Dərdli ata qəhərdən daha danışa bilmədi...

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol