Prokurorluq Amnistiya Aktı ilə bağlı yeni statistikanı açıqlayıb

Bu günə qədər amnistiyanın 85 faizi məhkum olunmuş şəxslərə tətbiq edilib. Hərbi sahədə bu rəqəm 27-dir. Prokurorluq orqanları tərəfindən bu günə kimi 53, Fövqəladə Hallar Nazirliyi tərəfindən 1 halda istintaq mərhələsində amnistiya tətbiq edilib, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev "8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.
"Ən çox Amnistiya Aktı Bakıda tətbiq edilir. Daha sonra, Salyan, Sumqayıt, Xırdalan, Gəncə və s. rayonlarda da Amnistiya Aktı tətbiq edilir. Müxtəlif rejimli çəzaçəkmə məntəqələrinə diqqət yetirilən zaman isə 5 saylı cəzaçəkmə müəssisəsi ön sıralarda gedir”, - o vurğulayıb.
Amnistiya Aktı ekoloji cinayətlər törətmiş 48, hərbi xidmət əleyhinə olan cinayətlər törətmiş 45, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyinə olan cinayətlər törətmiş 220 şəxsə tətbiq edilib. Aktın ən çox tətbiq edildiyi sahə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətlərdir. Mülkiyyət əleyhinə olan cinayətlərə isə 992 halda amnistiya tətbiq edilib. Həyat və sağlamlığa qəsdən ziyanvurmaya görə cinayət törətmiş 523 nəfərə amnistiya tətbiq edilib. Vəzifə cinayətləri (korrupsiya və qulluq mənafeləri əleyhinə olan digər cinayətlər) ilə bağlı həbs edilmiş 41 nəfərə, müharibə cinayətləri ilə bağlı həbs edilmiş 1 nəfərə Amnistiya Aktı tətbiq edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























