• $
  • €
  • ₽
  • ₺
  • £

Qardaşını öldürən 11 yaşlı oğlanın atası: Dedi ki, ata, qardaşımı vurmuşam - VİDEO

Qardaşını öldürən 11 yaşlı oğlanın atası: Dedi ki, ata, qardaşımı vurmuşam - VİDEO
06.12.2021 17:25
Dekabrın 5-də Ucarda baş verən ailə faciəsinin bəzi təfərrüatı məlum olub.

Anews.az xəbər verir ki, ata Tofiq Abbasov təsərrüfat işləri ilə məşğul olduğu üçün çox vaxt evdən uzaqda qalıb.

Bu həftəsonu T.Abbasovun ortancıl oğlu Pünhan və böyük oğlu Saleh evdən xəbərsiz atalarını görməyə gediblər. Onlar məktəbə getdikləri üçün dekabrın 5-i saat 16:00-da evə qayıtmağı nəzərdə tutublar. Qardaşlar atalarının yanına getdikdən sonra, orada olan ov tüfəngi ilə oynamağa başlayıblar. Tüfəng boş olsa da, qardaşlar patronları taparaq silahı doldurublar. 

Tüfəng 11 yaşlı kiçik qardaşda olan zaman ehtiyatsızlıqdan 14 yaşlı Saleh Abbasovun kürək nahiyəsinə atəş açıb. S.Abbasovu xəstəxanaya apararkən yolda dünyasını dəyişib.

Abbasovlar ailəsinin dörd oğlan övladı olub.

Dünən Ucar rayon Alpout kənd sakini, 2010-cu il təvəllüdlü Pünhan Tofiq oğlu Abbasovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə qardaşı, 2007-ci il təvəllüdlü Saleh Tofiq oğlu Abbasovu öldürüb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol