• $
  • €
  • ₽
  • ₺
  • £

İşğal iddiaları fonunda Rusiya-Ukrayna sərhədinin peyk görüntüləri - Fotolar

İşğal iddiaları fonunda Rusiya-Ukrayna sərhədinin peyk görüntüləri - Fotolar
06.12.2021 19:39
ABŞ kəşfiyyatının məxfi hesabatı üzə çıxıb. Hesabatda Rusiyanın Ukraynanı işğal edəcəyi iddia edilib.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu gün yayılan peyk görüntülərinin ABŞ-ın hesabatını təsdiqlədiyi açıqlanıb.

Yeni yayılan görüntülər Rusiya qoşunlarının Ukrayna sərhədi yaxınlığında yeni nəhəng düşərgəsini üzə çıxarıb.

Peyk görüntüləri Yelnya və Poqonovo yaxınlığında, Ukrayna sərhədindən 100-150 mil aralıda yeddi batalyon əsgərin yerləşdiyi ən azı üç düşərgənin olduğunu təsdiqləyir.
Kəşfiyyat mənbələrinin keçən ay əraziyə çatdığını bildirən rus əsgərlərdən ibarət bir batalyon Rusiyanın Voronej şəhəri yaxınlığındakı Poqonovoda düşərgə qurarkən lentə alınıb.

Yeni gələn rus qoşunlarının ikinci batalyonu Ukrayna sərhədindən təxminən 100 mil aralıda, Voronej yaxınlığındakı Poqonovoda düşərgə salmışdı.
Görüntülərdə 50 rus batalyonunun olduğu görünsə də, digər 50 batalyonun da sürətlə ehtiyata yığıldığı iddia edilir.
ABŞ iddia edib ki, hazırda Rusiyanın Ukrayna ilə sərhədində 94 min əsgərdən ibarət 50 batalyon var və ehtiyatda 80-100 min əsgər var.
Ukraynanın müdafiə naziri Oleksey Reznikov bildirib ki, Rusiya yanvarın sonuna kimi genişmiqyaslı hərbi əməliyyat keçirməyi planlaşdırır.

ABŞ dövlət katibi Entoni Blinken hücuma məruz qalacağı təqdirdə Ukraynaya dəstəyi artırmaq üçün yaxınlıqdakı görünən mövqelərə daha çox NATO hərbçilərinin, o cümlədən, Britaniya hərbçilərinin yerləşdirilməsinə çağırıb.
 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol