Məktəblinin davranışları araşdırılır - RƏSMİ AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Suraxanı rayonu 282 nömrəli tam orta məktəb bu təhsil ocağında oxuyan şagirdlə bağlı məsələyə aydınlıq gətirib.
Məktəbdən verilən məlumata görə, məktəbin 7ç sinif şagirdi (müvafiq səbələrə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir.
Qeyd olunub ki, şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir.
"O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbləşərək müəllimlərə də xəsarət yetirir. Şagirdin anası da psixoloji cəhətdən qüsurludur. Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir", - deyə bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, şagirdlə bağlı idarə müvafiq araşdırma aparır.
"Təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür", - deyə bildirilib.
*****
Bakının Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, rayon polisin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir:
"Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq", - deyə Hacıyev bildirib.
Jurnalist Natiq Muxtarlı facebook hesabında sözügedən məktəbdə bir şagirdin müəllim və məktəb yoldaşlarını təhqir etməsi, qeyri-etik hərəkətlər sərgiləməsi barədə paylaşım edib.
"282 saylı məktəbdə sagird sinifdə şalvarını çıxardır, qız uşaqlarını küçə söyüşləri ilə təhqir edir, müəllimələri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir, polisə müraciət olunur, anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edir. Amma polis gözünün qarşısında baş verən bu cinayətə reaksiya vermir, tədbir görmür. Böyük ehtimalla, o uşaq kimisə bıçaqlayacaq. Təhsil naziri də, daxili işlər naziri də ondan sonra açıqlama verəcəklər. Əlacı kəsilən valideynlər sabah məktəbin qarşısında etiraz aksiyası keçirmək istəyirlər. Təhsil nazirinin vaxtı olsaydı, sabah o məktəbə baş çəkərdi", - deyə paylaşımda qeyd edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib