• $
  • €
  • ₽
  • ₺
  • £

Rövşən Rzayev BQXK-nın baş katibi ilə görüşüb

Rövşən Rzayev BQXK-nın baş katibi ilə görüşüb
07.12.2021 11:49
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Caqannat Çapaqeynin başçılıq etdiyi nümayəndə heyəti  ilə görüşüb.
 
Qonaqlara Dövlət Komitəsinin yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumat verilib, ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti, bu kateqoriyadan olan insanların problemlərinin həlli üçün otuz ilə yaxın müddətdə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışılıb. 
 
Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyi,  bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması üçün, dövlət tərəfindən mühüm tədbirlər görülür.
 
Söhbət zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə mina təhlükəsizliyinə dair keçirilən maarifləndirmə təlimlərindən bəhs edilib, Dövlət Komitəsi və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
 
Caqannat Çapaqeyn səmimi görüşə görə təşəkkür edib, qaçqın və məcburi köçkünlərlə bağlı Dövlət siyasətini bəyəndiyini vurğulayıb. Bildirib ki, geri qayıdan məcburi köçkünlərin dayanıqlı məşğulluq və onların həmin ərazilərdə yaşaması üçün mühüm sosial-iqtisadi şəraitin yaradılmasını yüksək qiymətləndirir. Əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
 
Qonaqlar daha sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlərin müvəqqəti yaşadığı yataqxanada onların şəraiti ilə yaxından tanış olublar. Sonda isə məcburi köçkünlər üçün salınmış "Qobu Park - 3" yaşayış kompleksində yerləşən "Xarıbülbül" təlim və istehsal mərkəzindəki iş şəraitini yaxından izləyiblər

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol