• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi açıqlama niyə gec verildi? - General izah etdi

Rəsmi açıqlama niyə gec verildi? - General izah etdi
07.12.2021 12:24
Helikopter qəzasında şəhid olanlar barədə əvvəlcə onların ailələrinə və yaxınlarına xəbər vermək zəruri idi, bunu DSX-nin Aparat rəhbəri general-mayor Elçin İbrahimov haqqın.az-a verdiyi müsahibəsində bildirib. 

"Biz baş verənlərlə bağlı KİV-lərin maksimum qısa vaxtda məlumat əldə etmək istəyinə anlayış ilə yanaşırıq.  Ancaq gəlin faktlara nəzər salaq.  Helikopter qəzası saat 10:36-da baş verib. Hadisə yerinə çatmaq üçün heç olmasa bir saat vaxt lazımdır, bunu oraya gedən jurnalistlər də  təsdiqləyərlər.  Bunu nəzərə alaraq, razılaşın ki, saytımızda  saat 12:11-də Baş prokurorluqla birlikdə tərtib olunmuş ilkin informasiyanın yerləşdirilməsini hadisəyə yetərincə operativ reaksiya saymaq olar. O ki qaldı həlak olanların siyahısının dərcinə, burada ilk olaraq onların ailələrinin, yaxınlarının xəbərdar edilməsinin zəruriliyini, kədərli xəbərə hazırlaşdırılmasını nəzərə almaq gərəkdir. Unutmaq olmaz ki, yaxın adamın ölümü haqda KİV-dən səhv və ya qeyri-səhih məlumat almaq onlara əlavə olaraq böyük mənəvi-psixoloji zərbə vurardı”, - deyə general mayor bildirib. 

General-mayor Elçin İbrahimov həmçinin Rusiyanın Kemerovo vilayətindəki "Listvyajnaya” kömür mədənində baş vermiş partlayışı misal çəkib. O bildirib ki, ilk növbədə həlak olanların və yaralıların şəxsiyyəti dəqiqləşdirilməlidir.

""Listvyajnaya” kömür mədənində baş vermiş partlayışda 52  mədənçinin ölümü elan olunandan bir müddət sonra 1 mədənçi xilas edildi.  Əgər biz tələsərək heikopterdəki şəxsi heyətin hamısının həlak olduğunu elan etsəydik, zabitlərimizin doğmalarının və yaxınlarının hansı əzablardan keçə biləcəyini təsəvvür etmək çətindir. Bunları nəzərə alaraq, zabitlərin doğmaları və yaxınları hadisədən xəbərdar edildikdən dərhal sonra saat 16:00-da, yəni faciədən 5 saat sonra həlak olanların və yaralıların siyahısı rəsmi şəkildə KİV-ə təqdim olundu”, - deyə o bildirib. 
 
Bu ilin noyabrın 30-da  Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, 14 nəfər ölüb, iki nəfər yaralanıb.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol