Bu şəxslər üçün akkreditasiya 200-500 manata başa gələcək

Azərbaycanda aktiv turizm bələdçilərii 3 ildən bir akkreditasiyadan keçməlidir, bunu turizm bələdçilərinin sertifikatlaşdırılması orqanının keyfiyyət üzrə meneceri Səkinə Əsgərova deyib.
"Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” İctimai Birliyinin sədri Tural Musayev isə deyib ki, akkreditasiya 200-500 manata başa gələcək.
"Biz istəyirik ki, bu məbləğin bir hissəsini Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosu ödəsin. Ümid edirik ki, gələn ilin sonuna qədər bu, qəbul olunacaq”, - deyə o, qeyd edib.
Musayev ölkədəki bələdçilərin sayını da açıqlayıb.
"Hazırda ölkəmizdə 300-ə yaxın turizm bələdçisi var. Optimallaşmadan sonra təxminən 100 turizm bələdçisi qalacağını düşünürük", - deyə o əlavə edib. (report.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























