• $
  • €
  • ₽
  • ₺
  • £

Səfərbərlik Xidmətinin həkimi rüşvətə görə həbs edilib

Səfərbərlik Xidmətinin həkimi rüşvətə görə həbs edilib
07.12.2021 13:57
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Nazilə Rəhmanovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, dörd il müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda, Rəhmanovaya Cinayət Məcəlləsinin (CM) 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilib və təqsirləndirilən şəxsə şərti cəza təyin olunub.

Nazilə Rəhmanova əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında həkim işləyib.

İttiham aktına əsasən, o, Hərbi Həkim Komissiyasının sədri vəzifəsində çalışan zaman çağırışçılardan hərbi xidmətə yararsız hesab edilmələri üçün rüşvət alıb və qarşılığında həmin çağırışçıların hərbi xidmətə yararsız olmaları ilə bağlı saxta tibbi sənədlər verib.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Rəhmanova barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İstintaq dövründə onun barəsində 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilmədiyini deyib. Nazilə Rəhmanova dindirilən zaman söyləyib ki, o, 39 ildir həkim işləyib.

Təqsirləndirilən şəxs bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində çalışıb və vəzifəsi komissiyaya müraciət edən şəxslərin həkimlər tərəfindən müayinə edilməsindən sonra vəziyyəti komissara məruzə etmək olub. Nazilə Rəhmanova ifadəsində heç kəsdən pul almadığını deyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol