• $
  • €
  • ₽
  • ₺
  • £

Polis əməliyyat keçirdi - 45 nəfər saxlanıldı

Polis əməliyyat keçirdi -  45 nəfər saxlanıldı
07.12.2021 15:16
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son 15 gün ərzində rayonun Hövsan, Əmircan, Bülbülə, Yeni Günəşli və digər qəsəbələrində həyata keçirdikləri əməliyyatlar zamanı 45 nəfər saxlanılıb, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Əməliyyatlar zamanı Ramin Əsgərov, İqor Romanov, Yusif Həsənov, Rəhman Cəfərov, Rəşad Hüseynov və Tərlan Abbasov narkotik vasitələrin satışı ilə məşğul olduqları üçün tutularaq istintaqa cəlb ediliblər. Bu şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, həmçinin satışı qadağan edilən həblər aşkar edilib.

Saxlanılan 45 şəxsin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Həmçinin idarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı Yeni Günəşli qəsəbəsində 5 mənzildən oğurluq edən Emin Cəfərov və saxta pul hazırlayaraq dövriyyəyə buraxmağa çalışan Elcan Şahverdiyev saxlanılıb. Sonuncudan 600 manat saxta əskinas aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol