• $
  • €
  • ₽
  • ₺
  • £

“65 qonşumu çağırın məhkəməyə, hamısı vəzifəli şəxslərdir” - Ata Abdullayev

“65 qonşumu çağırın məhkəməyə, hamısı vəzifəli şəxslərdir” - Ata Abdullayev
07.12.2021 15:23
Bakı Ağır Cinayətlər Məhkəməsində bloqer Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda A.Abdullayev sərbəst ifadə verib.

O, ittihamları qəbul etməyib.
 
"Mənim iki min videom var ki, təxminən 500-ə qədəri sosial problemlərlə bağlıdır. Telefonum daim açıq olurdu. Mənə şikayətlər gəlirdi. Əvvəlcə zərərçəkmiş kimi tanınan Elmar barədə danışmaq istəyirəm. O bildirib ki, mən guya ondan 2019-cu ildə pul istəmişəm. Bu, yalandır. Mən həmin vaxt ailəmlə Misirdə istirahətdə olmuşam. Mənə Tural adlı şəxs müraciət edərək, dedi ki, şəriki Elmar onu döyüb. Bununla bağlı video da göstərdi. Mənə şikayət etdi ki, bu işə obyektiv baxılmır. Jurnalistin əsas prinsipi qarşı tərəfin mövqeyini öyrənməkdir. Buna görə də mən Elmara zəng etdim. Ondan həm Turalı döyməsi, həm Atletlər kəndindəki avadanlıqların satılması barədə soruşdum. Elmar həmin vaxt məni təhqir etdi. Bir qədər sonra vəkili və yenidən Elmar mənə zəng etdi. Turala kömək məqsədilə Xətai Rayon Polis İdarəsi ilə əlaqə saxladım. Beş-on gün sonra dostum Ziya zəng etdi ki, görüşmək istəyir. Onunla AF Mall Ticarət Mərkəzinin qarşısında görüşdük. Mənə dedi ki, Elmar dostumdur, onu bağışla. Mən də dedim ki, o adamı döyüb, mənim də ölümü-dirimi söyüb. Ziya yenə də xahiş etdi ki, onu bağışlayım. Sonra telefonumun ekranının sınıq olduğunu gördü. Mənə dedi ki, sənə telefon alacam. İki-üç gün sonra zəng etdi ki, gəl sənə telefon verim. Mənim vaxtım olmadığı üçün qonşunu göndərdim. Həmin telefon da bir neçə gün evdə qaldıqdan sonra satıb "İphone 12” aldım", - deyə o bildirib. 

Bundan sonra Ata Abdullayev Masazır icra nümayəndəsindən pul tələb etməsi epizodu ilə bağlı danışıb.
 
"Mən deputatlığa namizəd olduğum dövrdə sosial problemlərlə bağlı maraqlanırdım. Tək Masazırda yox, Abşeronun çox yerlərində çəkilişim olub. Masazırda zibillərin daşınması ilə bağlı vəziyyət çox acınacaqlı idi. Zibil qutuları ya yox idi, olanların da təkərləri yox idi. Natəmizlik hökm sürürdü. Hətta çox yüksək rütbəli şəxslərə də həmin yerin ünvanını atmışam. Düzü, sonra oranı təmizlədilər, bundan sonra gedib onu da çəkdim. Onda Şahlar Həsənov mənə nömrəsini də verdi. Mənim maşınımda 360 dərəcəli kamera var. O, kameralarda çəkdiklərimi kartlarda saxlayırdım. Əgər o, kartları gətirib burada baxsaz görərsiniz ki, o mənimlə nələr danışıb. 15 gün ərzində zibil qutuları yeniləndi. Mən heç kimə deməmişəm ki, mənə pul ver”, - deyə əlavə edib. 

Ata Abdullayev ifadəsində digər iki zərərçəkmişdən də pul almadığını deyib. 
 
 "Mənzil-istismar sahəsi haqqımda mənfi xasiyətnamə verib ki, guya mənim qonşularım məndən şikayətçidir. Xahiş edirəm mənim 65 nəfər qonşumu çağırıb məhkəmədə dindirin. Bütün qonşularım da vəzifəli şəxslərdir. Əgər onlar məndən şikayətçi olsalar, mən heç nə deməyəcəm", - deyə Abdullayev söyləyib. 

Təqsirləndirilən şəxsin vəkili də onun sözlərini təsdiq edərək bildirib ki, qonşuların Ata Abdullayevdən razılıq etmələri barədə sübutları var.

Ata Abdullayev bu ilin martında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.

Proses dekabrın 14-də davam edəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol