• $
  • €
  • ₽
  • ₺
  • £

Kəmaləddin Heydərov Bakıda park tikdi - FOTOLAR

Kəmaləddin Heydərov Bakıda park tikdi - FOTOLAR
10.05.2014 09:56

Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində keçmiş Bakı yod zavodunun Sabunçu istehsalat sahəsinin ərazisində (Ramana qəsəbəsi) "Eco Land" adlı yeni park istifadəyə verilib.Trend-in məlumatına görə, parkın açılışında fövqəladə hallar naziri Kəmaləddin Heydərov, digər dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Parka baxış keçirdikdən sonra K.Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, bu park 2012-ci ilin may ayına qədər keçmiş yod zavodunun ərazisi idi və burada yod istehsalı üçün müəyyən komponentlərdən istifadə olunurdu: "Yod zavodu fəaliyyətini dayandırdıqdan sonra bu ərazidə olan radioaktiv maddələr əhalinin səhhətinə pis təsir edirdi".Nazir qeyd edib ki, keçmiş Bakı yod zavodunun daha bir istehsalat sahəsi Suraxanı ərazisində yerləşir. Eləcə də Neftçala rayonunda yod zavodu var.K.Heydərovun sözlərinə görə, Prezident İlham Əliyevin xüsusi tapşırığına və sərəncamına əsasən, FHN 2012-ci ilin mayında bu ərazinin təmizlənməsi işinə başladı: "2012-ci ilin sentyabrında burada olan bütün zərərli torpaq Pirəküşkül qəsəbəsində xüsusi hazırlanmış yerlərə daşındı. Ondan sonra bu ərazidə park salınması qərara alındı. Təmizləmə işlərində FHN Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri ilə birgə ərazidə radiasiyanın miqdarını ölçdü və ərazi radioaktiv maddələrdən ideal surətdə təmizlənərək zərərsiz əraziyə çevrildi".6,5 hektar ərazisi olan bu parkda uşaqların əyləncəsi üçün qurğular, idman qurğuları və fəvvarə quraşdırılıb.Nazir qeyd edib ki, Suraxanı istehsalat sahəsinin ərazisi 28 hektar idi. Ora sənaye zonası olduğu üçün park salınması nəzərdə tutulmayıb: "Yəqin ki, orada meşə zolaqları salınacaq".ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol