• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq deputat 32-ci dəfə Həcc ziyarətinə getdi

Sabiq deputat 32-ci dəfə Həcc ziyarətinə getdi
07.12.2021 16:02
Sabiq deputat Qalib Salahzadə 32-ci dəfə Həcc ziyarətinə gedib.

Bu barədə Teleqraf.com-a açıqlama verən Qalib Salahzadə hazırda Ümrədə olduğunu bildirib.

"1990-cı ildən bəri Həcc ziyarətinə gəlirəm. İki dəfə Məkkənin içərisində olmuşam, bu dəfə Ümrəni ziyarət etdim. Bu, kiçik Həcc ziyarəti sayılır”, - sabiq deputat deyib.

Onun sözlərinə görə, əsas duaları Azərbaycan xalqı, şəhidlərimiz və qazilərimizlə bağlı olub.
 
"Hər dəfə Qarabağla bağlı dualar edirdim. Tanrı dualarımı eşitdi. Qarabağ azad edildi, burada xalqımıza firəvanlıq dilədim, Prezident İlham Əliyevə güc, qüvvət, can sağlığı arzuladım. Şəhidlərimizin ruhuna dualar oxudum, qazilərimizə Allahdan şəfalar istədim”, - deyə o bildirib. 

Sabiq deputat qeyd edib ki, bu dəfə Səudiyyə Ərəbistanı torpağına ayaq basanda başqa bir münasibətin şahidi olub.

"Ərəblər eşidəndə Azərbaycandan gəlmişik, bizi elə qonaqpərvərliklə, sayğı ilə qarşıladılar ki, özüm də təəccüb etdim. Bu dəfəki qarşılanma əvvəlkindən fərqli idi. Dedilər ki, biz sizin bu qədər güclü orduya sahib olduğunuzu bilmirdik. 44 günlük Vətən müharibəsini ərəblər də yaxından izləyirlərmiş. Qələbəmiz bizim kimi onları da qürurlandırıb. Çünki son on illiklər ərzində müharibə yolu ilə, özü də müasir döyüş üslubunda öz ərazi bütövlüyünü təmin edən başqa bir ölkə olmayıb. Onların bu münasibəti, baxışları məni çox sevindirdi. Bizim Ali Baş Komandan İlham Əliyev haqqında ərəblər yüksək fikirdədirlər və müsbət sözlər dedilər. Buraya Pakistan və Türkiyədən də zəvvarlar gəlmişdi. Onlar da bizi təbrik etdilər. Bir sözlə, budəfəki ziyarət mənə ikiqat, həm dini, həm də milli qələbəmizdən doğan münasibət baxımından mənəvi rahatlıq verdi. Allah hər kəsə Həcc ziyarətində olmağı nəsib etsin”, - deyə o əlavə edib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol